Zəng edin: +99412 489 7098 / +994 55 362 8222
Pulsuz çatdırılma 10 AZN - dən yuxarı alış-veriş zamanı həyata keçirilir
mokko logo
Səbətdə 0 Məhsullar
Səbətiniz

Sepetiniz boş

Səbətdə 0 Məhsullar
Səbətiniz

Sepetiniz boş

  • In the Shop
  • More info
RU|EN
Çay Puer

Puer - Çin çaylarının ən qədim növlərindəndir. O, yalnız Yunnan əyalətində yetişdirilir. Puerin fərqli növlərinin dəyişik formaları, yaşları, xüsusiyyətləri və dadları bir-birindən seçilir. Puer vurğunları yaxşı bilir ki, bu çay yağlı yeməyin həzminə kömək edir, orqanizmi zəhərlənmədən təmizləyir, susuzluğu yatırır. Çayın müalicəvi keyfiyyətlərini saxlamq üçün onu düzgün dəmləmək lazımdır. Bunun üçün quru çayın üzərinə təzə qaynanmış su tökmək, bir neçə saniyədən sonra süzmək lazımdır. Bu proses çayı saxlanma zamanı toplana biləcək əlavə qoxu və qarışımlardan təmizləyir. Daha sonra təmiz çaya yenidən qaynar su əlavə olunur və üç dəqiqə ərzində dəmlənilir. Çayı yumşaq, təmiz suyla dəmləmək məsləhətdir, belə çayın dadı daha yaxşı açılacaq. Düzgün saxladıqda, Puer ildən-ilə daha da unikallaşır, onun keyfiyyətləri güclənir.

MÜTLƏQ DADIN
MƏHSULLAR
Uyğunlaşdırılmış Məhsullar: Yeni Məhsullar | Ən çox Satılan
Səhifədə Göstərilib: 8 | 16 | 32 | Bütün Məhsullar