Zəng edin: +99412 489 7098 / +994 55 362 8222
Pulsuz çatdırılma 10 AZN - dən yuxarı alış-veriş zamanı həyata keçirilir
mokko logo
Səbətdə 0 Məhsullar
Səbətiniz

Sepetiniz boş

Səbətdə 0 Məhsullar
Səbətiniz

Sepetiniz boş

  • In the Shop
  • More info
RU|EN
Yaşıl Çay

Yaşıl çay üçün təzə çay yarpaqları yığılır və fermentləşdirilmədən, qurudulur. Beləcə, çay yarpaqlarının yaşıl rəngi qorunur, içkinin dadında və ətrində isə bitkisəllik hiss olunur.

Çində yaşıl çay sadəcə çayın bir növü deyil, bu Çin İmperatorluğunun çoxəsrlik tarixinin qürurudur. Çinlilərin ən çox içdikləri və çaylar arasında ən yaxşı hesab etdikləri yaşıl çaydır. 

Çay yarpaqların yaşıl rəngini saxlayır, dadında və ətrində təravətli ot çalarları hiss olunur.

Müasir araşdırmalar sübut edir ki, yaşıl çayda A, B, C, D, E, K, P, PP vitaminləri, eləcə də sink, fosfor, yod, maqnezium, kalsiy və s. mikroelementlər var.

Yaşıl çay güclü antioksidantdır, immuniteti möhkəmləndirərək orqanizmə müxtəlif virus və infeksiyalarla mübarizədə kömək edir. Tərkibindəki vitamin P sayəsində çay, qan dövranına müsbət təsir göstərir, damarların elastikliyini artırır. Belə xassələri yaşıl çayı əsl sağlamlıq içkisidi adlandırmağa səbəb verir.

Yaşıl çayın ətirli sarımtıl yaxud yaşıl rəngli dəmləməsi möcüzəvi təsirə malikdir.

Yaşıl çayın dadına baxın, o Sizi qüvətləndirəcək və əhvalınızı qaldıracaq.  

MÜTLƏQ DADIN
MƏHSULLAR
Uyğunlaşdırılmış Məhsullar: Yeni Məhsullar | Ən çox Satılan
Səhifədə Göstərilib: 8 | 16 | 32 | Bütün Məhsullar